Rəsmi Bakı: Azərbaycan öz hava məkanından İrana qarşı istifadəyə icazə verməyəcək

Rəsmi Bakı: Azərbaycan öz hava məkanından İrana qarşı istifadəyə icazə verməyəcək

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı olub.

Az.rasthaber.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığında İsrailin İran ərazisinə hücumu müzakirə olunub.

Əraqçı məsələ ilə bağlı azərbaycanlı həmkarına məlumat verib.

Bölgədə vəziyyətin gərginləşməsindən narahatlığını bildirən Ceyhun Bayramov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, digər rəsmi şəxslərin və İran vətəndaşlarının şəhid olması ilə bağlı başsağlığı verib.

Bayramov vurğulayıb ki, nüvə obyektləri ətrafında hazırkı vəziyyət narahatedicidir və heç bir ölkənin Azərbaycan ərazisindən üçüncü ölkəyə, o cümlədən qonşu və dost İrana qarşı istifadə etməsi mümkün deyil.

Bayramov bildirib ki, İranın hava məkanının bağlanması nəzərə alınaraq, müxtəlif ölkələrin və İran nümayəndələrinin Azərbaycanın quru sərhədini keçməsinə şərait yaradılıb.

Xəbəri paylaş

VİDEOLAR