İranın Xarici İşlər naziri Abbas Əraqçının müşaviri Məhəmməd Hüseyn Rənçbəran sosial media hesabında etdiyi paylaşımda İraqçiyə qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Rənçbəran qeyd edib ki, Əraqçinin Böyük Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri ilə nüvə danışıqları çərçivəsində İsveçrənin Cenevrə şəhərinə gedəcəyinin elan edilməsindən sonra bir çox insan ona müraciət edərək “Sionist rejim onu hədəf ala bilərmi?” narahatlığını ifadə edib.
Rənçbəran paylaşımında bildirib: “Bəli, belə bir təhdid var idi və hələ də var. Lakin Əraqçi təkcə bir xarici işlər naziri deyil, o, özünü vətənin bir fərdi hesab edir və sevdiyi Qasim Süleymani kimi şəhadəti arzulayır.”
Sui-qəsd cəhdinin uğursuzluqla nəticələndiyini vurğulayan Rənçbəran əlavə edib: “Əgər təhlükəsizlik qüvvələrimizin gördüyü tədbirlər olmasaydı, bəlkə də bir neçə gün əvvəl İsrailin Tehranda planlaşdırdığı böyük sui-qəsd həyata keçəcəkdi. Allaha şükürlər olsun ki, bu cəhd uğursuz oldu. Bu insanlıqdan uzaq dünyada gəlin Əraqçi və ölkəmizin digər diplomatları üçün dua edək. Onlar İranın haqqını müdafiə yolunda müvəffəqiyyətli olsunlar.”