Venesuela prezidenti Nikolas Maduro açıqlamasında sionist İsrailin İrana hücumlarını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, o, İranın sionistlərə vurduğu ağır zərbələrə işarə edərək deyib:
"Sionistlər İranın hərbi gücünün bu cür olacağını gözləyə bilməzdilər. İsraillə münaqişədə İranın üstünlüyü bütün dünya bilir".
Mehr xəbər agentliyinin məlumatına görə, Nikolas Maduro bundan əvvəl də İsrailin hücumlarını pisləyib və İranla həmrəy olduğunu bildirib.
Maduro İsrailin hücumunu “beynəlxalq hüququ pozan cinayət” kimi qiymətləndirib.