Doğru Vəd 3 əməliyyatının 17-ci dalğası başlayıb: İran raketləri Hayfanı vurdu

Doğru Vəd 3 əməliyyatının 17-ci dalğası başlayıb: İran raketləri Hayfanı vurdu

Sionistlərin vəhşi hücumlarına cavab olaraq İranın yeni cavab əməliyyatı başlayıb.

Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu İsrail rejiminə qarşı “Doğru Vəd 3” əməliyyatının davam edəcəyini açıqlamışdı.

Doğru Vəd 3 əməliyyatının sözçüsü polkovnik İman Tacik İrandan İsrailə raket hücumlarının 17-ci dalğasının başladığını açıqlayıb.

Polkovnik Tacik sionist rejimin hərbi məntəqələri, müdafiə sənayesi zonaları və hərbi komandanlıq mərkəzlərini hədəfə almaq üçün həyata keçirilən yeni əməliyyatda pilotsuz uçuş aparatları (PUA) və uzaqmənzilli ballistik raketlərdən istifadə edildiyini açıqlayıb.

İran işğal altındakı Hayfa şəhərini ballistik raketlə vurub.

İrandan Təl-Əviv, Hayfa və işğal olunmuş ərazilərin müxtəlif hissələrinə raketlər atılır.

Xəbəri paylaş

VİDEOLAR