İraq Hizbullahı: İran Qlobal İmperializm və Sionizmi təkbaşına məğlub etdi

İraq Hizbullahı: İran Qlobal İmperializm və Sionizmi təkbaşına məğlub etdi

İraq Hizbullah Briqadalarının baş katibi vurğulayıb ki, İran İslam Respublikası haqq və batil cəbhələri arasındakı bu müharibədə qlobal imperializm və sionizmi təkbaşına məğlub edib, müharibədən daha güclü və daha şərəfli çıxıb.

Az.rasthaber.com xəbər verir ki, İraq Hizbullah Briqadalarının baş katibi Həcc Əbu Hüseyn Həmidavi verdiyi açıqlamada belə deyib:

"Bu müharibə Allahın sadiq əsgərləri ilə şeytanın fasiq əsgərləri arasında haqq və batil arasında gedən bir döyüş idi. İran İslam Respublikası bu müharibədə qələbə, şərəf və əvvəlki mövqeyini üstələyən müqavimətlə meydana çıxdı."

İranın bu hücumlara tək cavab verdiyini bildirən Həmidavi bunları əlavə edib:

"İran bu müharibədən ABŞ, Qərb ölkələri və sionist rejim də daxil olmaqla qlobal imperialist güclərə və onların regional xidmətçilərinə qarşı başı dik və qalib gəldi. Düşmənlər bu müharibədə heç bir məqsədlərinə nail olmadılar."

Xəbəri paylaş

VİDEOLAR