İrandan NATO-nun ABŞ-ın hücumuna verdiyi dəstəyə sərt cavab

İrandan NATO-nun ABŞ-ın hücumuna verdiyi dəstəyə sərt cavab

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NATO baş katibinin ABŞ prezidenti Trampa təbrik məktubuna sərt reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra NATO baş katibinin Trampa müdaxiləni “həqiqətən qeyri-adi” adlandıran təbrik mesajı tənqidlərə səbəb olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media hesabında paylaşdığı paylaşımda NATO baş katibinin ABŞ prezidenti Trampa təbrik mesajına sərt reaksiya verib.

Bəqayi NATO baş katibinin müstəqil ölkəyə qarşı “həqiqətən qeyri-adi” təcavüz aktına görə təbrikini utanc verici, nifrət dolu və məsuliyyətsiz adlandırıb.

Mətbuat katibi zülmə, haqsızlığa tərəfdar olanların namusunun olmadığını, cinayəti dəstəkləyənlərin isə şərik və cinayətkar sayılacağını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR