Həmas: Netanyahu İsrail xalqını aldadıb bataqlığa sürükləyir

Həmas: Netanyahu İsrail xalqını aldadıb bataqlığa sürükləyir

Həmas sözçüsü Əbu Ubeydə qeyd edib ki, Netanyahu və hökuməti israillilərə yalan danışır, İsrail xalqı aldadılır və Təl-Əviv “xəyali siyasi məqsədlərə” çatmaq üçün əsgərlərini “Qəzzada bataqlığa” sürükləyir.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə HƏMAS-ın Telegram hesabından verdiyi açıqlamada, İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin öz xalqını aldatdığını bildirib.

Əbu Ubeydə HƏMAS-ın silahlı qanadından olan döyüşçülərin göstərdiyi müqavimətin müasir dövrdə azadlıq uğrunda ən cəsarətli və fədakar mübarizə kimi tarixə düşdüyünü bildirərək, son zamanlar qurulan pusquların bu qətiyyəti nümayiş etdirdiyini vurğulayıb.

Netanyahunun "xəyali siyasi məqsədlər" üçün əsgərlərini "Qəzzada bataqlığa" sürüklədiyini bildirən Əbu Ubeydə deyib:

"İşğalın hücumları və bu cinayətkar müharibə davam etdikcə, düşmən əsgərlərinin dəfn mərasimləri və cənazələri qalıcı bir fenomenə çevriləcək".

Xəbəri paylaş

VİDEOLAR