Hizbullah lideri: İsraillə mübarizəmiz bitməyib

Hizbullah lideri: İsraillə mübarizəmiz bitməyib

Hizbullahın baş katibi Şeyx Nəim Qasim Livan dövlətinin qərar verəcəyi təqdirdə İsrailin ölkədən çıxarılması üçün güc tətbiqini dəstəkləyəcəklərini və sərhəddə döyüşməyə hazır olduqlarını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın baş katibi televiziyada çıxışında İsraillə mümkün silahlı münaqişəni dəyərləndirib.

Şeyx Nəim Qasim çıxışında bildirib:

“Əgər Livan dövləti bu gün İsraili güc yolu ilə çıxarıb müharibəyə başlamaq qərarına gəlsə, biz sərhəddə döyüşməyə hazırıq”.

Hizbullahın heç vaxt zorakılıqlara boyun əyməyəcəyini vurğulayan Şeyx Qasim deyib:

"Biz təslim olmayacağıq, bu vətəni nəyin bahasına olursa olsun şərəfli şəkildə gələcək nəsillərə buraxmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, sionist İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrail bu müqaviləni tez-tez pozur.

Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə girən İsrail ordusu atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq 5 nöqtədə varlığını davam etdirir.

Havadan və qurudan hücumlarla sərhədə yaxın qəsəbələrdə böyük dağıntılara səbəb olan İsrail, atəşkəsdən aylar keçməsinə baxmayaraq, Livanın cənubundakı avtomobilləri və bəzi nöqtələri PUA-larla hədəf almağa davam edir.

Xəbəri paylaş

VİDEOLAR