ABŞ prezidentinin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Tramp administrasiyasının 25 iyun 2025-ci ildə İrana qarşı bəzi sanksiyaları ləğv etdiyini təsdiqləyib.
Az.rasthaber.com xəbər verir ki, Vitkoff NBC-yə verdiyi müsahibədə deyib:
"Bu, prezident Trampın Çinə mesajıdır. Biz Çin iqtisadiyyatına zərər vermək istəmirik. Biz qarşılıqlı əməkdaşlığa açığıq."
Amerika rəsmisi bu addımın İrana da bir siqnal olduğunu qeyd edərək deyib:
"Bu, fövqəladə bir qərar idi. Ola bilsin ki, heç kim belə bir addım gözləmirdi, amma prezident Tramp başqalarını təəccübləndirəcək addımlar atmaqdan çəkinmir. Bu, iqtisadiyyata fayda verəcək bir addım idi".
Vitkoff, həmçinin İranla hərtərəfli sülh razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.
Digər tərəfdən, Donald Tramp NATO Liderlər Zirvəsi çərçivəsində keçirdiyi mətbuat konfransında deyib: "İranlılar müharibə vəziyyətində idi və cəsarətlə vuruşdular. İranı bərpa etmək üçün onlara pul lazımdır. Hələlik bunun qarşısını almayacağıq, lakin lazım gələrsə, yenidən müdaxilə edəcəyik".