İran: Müharibə məntiqi çökdü, diplomatiyaya qayıdın

İran: Müharibə məntiqi çökdü, diplomatiyaya qayıdın

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi müharibə məntiqinin məğlub edildiyini bildirərək diplomatiyaya çağırıb.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyinin rəsmi X hesabında edilən açıqlamada bildirilib:

"İranı sülhməramlı nüvə proqramından əl çəkməyə məcbur etmək üçün təhdid, hədə-qorxu və hərbi gücdən istifadə məntiqi müharibəni qızışdıranların son məğlubiyyətindən sonra daha da mənasızlaşıb. Müharibə məntiqi iflasa uğrayıb, diplomatiya məntiqinə qayıdın."

Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Əmir Səid İrəvani ABŞ və Avropa ölkələrinin, xüsusilə Böyük Britaniya, Fransa və Almaniyanın diplomatik prosesi sabotaj etdiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR