İranda 23 yüksək rütbəli məmura qarşı sui-qəsdin qarşısı alınıb

İranda 23 yüksək rütbəli məmura qarşı sui-qəsdin qarşısı alınıb

İranın Kəşfiyyat Nazirliyi “12 günlük tətbiq edilmiş müharibə” adlandırdığı son münaqişə ilə bağlı geniş açıqlama yayıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-İsrail “kəşfiyyat NATO-su”na qarşı aparılan səssiz müharibənin təfərrüatlarını ictimaiyyətlə paylaşan Kəşfiyyat Nazirliyi, müharibə boyu təkcə meydandakı hərbi ünsürlərlə deyil, həm də çoxmillətli kəşfiyyat və psixoloji müharibə təşkilatı ilə vuruşduqlarını vurğulayıb.

Bəyanatda, hücumun təkcə İsrail və ABŞ-a aid olmadığı, bir sıra Avropa ölkəsi, regional kəşfiyyat qurumları və terror qruplarının da planın bir hissəsi olduğu qeyd edilib.

Nazirlik müharibədən əvvəl və müharibə zamanı 23 yüksək rütbəli dövlət məmuruna qarşı sui-qəsd planlarının qarşısını aldıqlarını açıqlayıb.

Ölkənin 20 şəhərində keçirilən əməliyyatlar Mossad-a bağlı 20 casus və diversantın ələ keçirilməsi, çoxsaylı silah və sursat anbarlarının dağılması, ölkə daxilində düşmən hücrələrinə zərbələrin endirilməsi ilə nəticələnib.

Nazirliyin məlumatına görə, onun kəşfiyyatçılarının səyləri nəticəsində ümumilikdə 35 yüksək rütbəli dövlət və hərbi qulluqçuların hədəfə alınmasının qarşısı alınıb.

12 günlük müharibə zamanı İŞİD, PKK/PJAK və digər separatçı qrupları müharibənin aktiv elementləri kimi cəlb etməyə cəhdlər edildiyi və bu qrupların böyük ölçüdə zərərsizləşdirildiyi bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, əməliyyatlar zamanı 3 İŞİD komandiri və 50 təkfirçi terrorçu həbs edilib.

Xəbəri paylaş

VİDEOLAR