Sionist rejim Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağının cənubundakı Xan Yunisdəki qərargahını hədəfə alıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, sionist rejim ordusu Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunusdakı qərargahını bombalayıb.
İlkin məlumatlara görə, bir Qızıl Aypara əməkdaşının ölümü və üç nəfərin yaralanması ilə nəticələnən hücumun birbaşa əməkdaşların yerləşdiyi ərazini hədəf aldığı bildirilir.
Partlayışdan sonra binada yanğın baş verib.
2023-cü il oktyabrın 7-dən etibarən sionist rejim ordusu Qəzzada bir sıra şiddətli hücumlara başlayıb və bu, humanitar fəlakətə səbəb olub. Bu hücumlar onlarla tibb işçisinin ölümü ilə nəticələndi, bir çox xəstəxana və səhiyyə müəssisələri tamamilə sıradan çıxdı.
Qəzzadakı fələstinlilər İsrailin "həyatı dözülməz hala gətirmək səylərinin bir hissəsi olaraq" səhiyyə sistemini hədəf aldığını iddia edirlər.