Yəmən ABŞ-ın təyyarədaşıyan gəmisini PUA ilə hədəfə alıb

Yəmən ABŞ-ın təyyarədaşıyan gəmisini PUA ilə hədəfə alıb

Yəmənin Ənsarullah Hərəkatı verdiyi açıqlamada dünən Ərəb dənizində ABŞ-a məxsus "USS Vinson" təyyarə gəmisi və onu müşayiət edən bəzi döyüş gəmilərinə hücuma keçdiklərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəhya Səri hücumun bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirildiyini bildirib.

Seri qeyd edib ki, bu əməliyyat “USS Truman” təyyarədaşıyan gəmisini Qırmızı dənizin şimalındakı ən ucqar nöqtəsinə, Süveyş kanalına doğru geri çəkilməyə məcbur edən hücumdan 24 saat sonra həyata keçirilib.

O, həmçinin bildirib ki, Trumana hücum nəticəsində F-18 qırıcısı vurulub və ABŞ-ın endirdiyi hava hücumu uğursuzluqla nəticələnib.

Seri, İsrailin işğalı altında olan Yaffa bölgəsində hərbi və həyati əhəmiyyətli hədəflərin üç "Yaffa" tipli pilotsuz uçuş aparatı ilə vurulduğunu, Aşkelon bölgəsində də oxşar hədəfin eyni model İHA ilə hədəf alındığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR