Uşaqlar diri-diri yanarkən heç nə etməyən Abbas Netanyahuya kömək təklif etdi

Uşaqlar diri-diri yanarkən heç nə etməyən Abbas Netanyahuya kömək təklif etdi

Qüdslə Təl-Əviv arasındakı meşəlik ərazidə baş verən yanğın soyqırım İsraili çətin vəziyyətə salıb.

Az.rasthaber.com xəbər verir ki, Netanyahu hökuməti yanğının nəzarət altında olmadığını desə də, Fələstin prezidenti Mahmud Abbas yanğının söndürülməsinə köməklik təklif edib.

Qüds və Təl-Əviv arasındakı Eştool meşəsində bu gün başlayan yanğınlar səbəbindən indiyədək 5 yaşayış məntəqəsi boşaldılıb.

Sionist İsrail yanğına cavab vermək üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr Rum Administrasiyası da daxil olmaqla 6 ölkədən beynəlxalq yardım istəyib.

Yanğını söndürməyə gedən yanğınsöndürən maşınların yandığı görünərkən, sionist hərbi bazadakı tankların da şiddətlə yandığı müşahidə edilib.

Fələstin prezidenti Mahmud Abbas İsrailin işğal etdiyi şəhərlərdə yanğınların söndürülməsi üçün Benyamin Netanyahu hökumətinə yardım təklif edib.

Sionist İsrailin qarşılıq verdiyi razılıq çərçivəsində Fələstin Yanğından Mühafizə İdarəsindən 20 nəfərlik heyət və 4 maşın alovların yerləşdiyi əraziyə göndərilib.

Xəbəri paylaş

VİDEOLAR