Terrorçu Colani qüvvələri Həzrəti Zeynəb (s.ə) hərəmində əzadarlıq keçirilməsini əngəlləyib.
Az.rasthaber.com xəbər verir ki, Colaninin terrorçu qüvvələri hətta Şəmi-Qəriban gecəsi (Kərbəlada İmam Hüseynin (ə) şəhadət gecəsi) Həzrət Zeynəbin (s.ə) hərəminin qapılarını bağlayıb, mərsiyə oxunmasına icazə verməyiblər, lakin bəzi ziyarətçilər hərəmin divarların arxasından şam yandırıblar.
"Biz onun üçün şam yandırmağa və mərsiyə oxumağa gəldik, lakin onlar yenidən qapıları bağladılar", - Bu sözləri Xədicə əl-Mahmud adlı suriyalı gənc Həzrət Zeynəbin (s.ə) hərəminin qapısı arxasında dayanıb göz yaşı tökərkən deyib.
Məhərrəm ayının əvvəlindən Colani qüvvələri İmam Hüseynin (ə) əzadarlığını o qədər qadağan ediblər ki, hətta Şamın Zeynəbiyyə şəhərində belə mərsiyə pıçıltısı eşidilməyib. Bu terrorçu qüvvələr hətta gecələr Həzrət Zeynəbin (s.ə) hərəminin qapılarını bağlayır və insanların içəri girməsinə mane olurlar.
Kərbəla şəhidlərinin Şami-Qəriban gecəsi və Hüseyni karvanının əsir düşdüyü gecədə bəzi Suriya şiələri ziyarətgaha qoyulan məhdudiyyətlərə və hərəmin bağlanmasına baxmayaraq, bu müqəddəs məkanın ətrafında şam yandırıb, şamlar əriyərkən səssizcə göz yaşı töküblər ki, Həzrəti Zeynəb (s.ə) o gecə də tək və yalnız qaldı.