Xəbər mənbələrinin məlumatına görə, sionist rejimin quru qoşunları Suriyaya daxil olub və hazırda bu ölkənin paytaxtı Dəməşqdən cəmi 10 kilometr uzaqlıqdadır.
Az.rashaber.com xəbər verir ki, yerli mənbələr bildirir ki, sionist rejimin 15 hərbi və zirehli texnikadan ibarət quru qüvvələri işğal altındakı Colan bölgəsindən hərəkət edərək Dəməşqin cənub ətrafına daxil olublar.
Verilən məlumata əsasən, bu qüvvələr hazırda Dəməşqin cənubundakı "Qətəna" bölgəsində yerləşib və paytaxtdan təxminən 10 kilometr aralıdadırlar.