Dürziləri qorumaq bəhanəsi ilə sionist İsrail 5 döyüş təyyarəsi ilə paytaxt Dəməşq yaxınlığında ən azı 9 hava hücumu təşkil edib.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, qatil İsrail Dəməşqin Səhnə bölgəsinə hava zərbələri endirib.
Suriya Təyyarə Rəsədxanasından alınan məlumata görə, sionist İsrailə məxsus 5 döyüş təyyarəsi Səhnəyə rayonuna ən azı 9 hava hücumu həyata keçirib.
Hücumlarda ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Qatil İsrail, qrupun dürzilərə hücuma hazırlaşdığını iddia edərək, səhər saatlarında Dəməşq yaxınlığında silahlı qruplaşmanı bombaladığını açıqlamışdı.
Suriya Daxili İşlər Nazirliyi həmçinin bildirib: "Bir müddət əvvəl İsrailə məxsus pilotsuz təyyarə təhlükəsizlik qüvvələrinin Səhnəyə yaxınlığında toplaşdığı ərazini bombalayıb. Bu, İsrailin bu səhərdən etibarən Səhnəyə yaxınlığındakı təhlükəsizlik obyektlərinə ikinci bomba basqınıdır".