Rusiya Fransanı hədələdi: Paris Kremlin nüvə doktrinasının olduğunu unutmamalıdır

Rusiya Fransanı hədələdi: Paris Kremlin nüvə doktrinasının olduğunu unutmamalıdır

Paris Kremlin nüvə doktrinasının olduğunu unutmamalıdır.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bəyan edib.

“Militarist məstliyini yaşayan parisli strateqlərə bir məsələni unutmamalı olduğunu xatırlatmaq qalır ki, Rusiyanın da nüvə qabaqlayıcı qüvvələri var, həmçinin (yaxşı olardı ki, Fransa) ölkəmizi yenilənmiş nüvə doktrinası ilə daha diqqətli tanış olsun və öz qızğınlığını bir qədər soyutsunlar”, – deyə Fransanın yeni strateji baxışının şərhində qeyd edilib.

Əlavə edilib ki, Fransanın bu baxışının müəllifləri bilirlər ki, Rusiyanın Avropa İttifaqı (Aİ) və NATO ölkələrinə hücum etmək planı yoxdur və olmayıb da.

“Bu, propaqanda yalanıdır, bu cəfəngiyyat və əfsanədir”, – deyə vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR