Rusiyanın Mahaçqala şəhərində polislərə qarşı silahlı hücum törədilib.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nəticədə 3 polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib, 5-i isə yaralanıb. Həmçinin 17 yaşlı qız da daxil olmaqla, 2 mülki vətəndaş da silahlıların hücumu zamanı xəsarət alıb.
Hadisə isə bu cür baş verib: hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətdə olan avtomobili saxlamağa çalışıblar, lakin sürücü tabe olmayaraq polisləri atəşə tutub
Atışmadan sonra hücum edənlərin axtarışı əməliyyatına start verilib.