Qəzza zolağında 2023-cü ilin oktyabrından bəri İsrail tərəfindən qətlə yetirilən günahsız fələstinlilərin sayı 52 min 500 nəfəri keçib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə məlumatı Qəzza sektorunun Səhiyyə Nazirliyi yayıb.
Ümumilikdə İsrailin törətdiyi qətliamların və soyqırımı nəticəsində 52 535 nəfər həyatını itirib, 118 491 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Son sutka ərzində Qəzzadakı xəstəxanalara daha 40 cəsəd və 125 yaralı çatdırılıb.
Qeyd edək ki, İsrailin qətlə yetirdiyi qəzzalıların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.