Qatil İsrail fəlakətlərlə boğuşur: Təl-Əvivdə görünməmiş qum fırtınası

Qatil İsrail fəlakətlərlə boğuşur: Təl-Əvivdə görünməmiş qum fırtınası

Təl-Əviv və Qüds arasında ölkə tarixində ən böyük yanğınlardan biri elan edilən meşə yanğını ilə mübarizə aparan İsrailin cənubunda şiddətli qum fırtınası baş verib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin “Kanal 12” televiziyası ölkənin cənubunda baş verən tufanı “qeyri-adi” adlandırıb.

İsrail ölkənin mərkəzi hissəsindəki meşə yanğınını nəzarət altına almaq üçün mübarizə apararkən, cənubdakı Beerşeba bölgəsində güclü qum fırtınası baş verib. Tufan səbəbindən bəzi ərazilərdə görmə məsafəsi sıfıra enib, səmanı toz bürüyüb.

Kanal 12 televiziyası İsrail əsgərlərinin fırtına səbəbindən hərbi bazanın darvazasını bağlamaqda çətinlik çəkdiyi görüntülərini yayımlayaraq, "ölkədə qeyri-adi qum fırtınası yaşandığını" xəbər verib. İsrail mediası qum fırtınasının görüntülərini dərc edib.

Xəbəri paylaş

VİDEOLAR