Pakistandan Hindistana: İslamabad ilk hücum edən tərəf olmaq niyyətində deyil

Pakistandan Hindistana: İslamabad ilk hücum edən tərəf olmaq niyyətində deyil

İslamabad ilk hücum edən tərəf olmaq niyyətində deyil.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan xarici işlər naziri İshaq Dar bildirib.

“Pakistan təxribatçı hərəkətə ilk əl atan tərəf olmayacaq. Lakin biz Hindistan tərəfdən olacaq istənilən provokativ addıma qətiyyətli müqavimət göstərəcəyik”, – deyə o qeyd edib.

Yeni Dehlinin Kəşmirdə Pxalqamda törədilmiş terror aktının arxasında Pakistanın olmasına dair ittihamlarını şərh edən Dar bu ittihamları rədd edib və deyib ki, İslamabad terrorçuluğun bütün təzahürlərini pisləyir.

O, Hindistan rəhbərliyinin öz siyasi məqsədləri üçün əsassız ittihamlar səsləndirdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR