Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan “Azadlıq Donanması” gəmisinin Malta yaxınlığında beynəlxalq sularda sionist rejimin pilotsuz təyyarəsi ilə hücuma məruz qaldığı açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, qatil İsrail ordusunun Qəzzaya qarşı hücumlarına son qoymaq üçün dünyanın müxtəlif yerlərindən gələn kampaniya və təşəbbüslərlə yaradılan və mümkün təhlükələrə qarşı gizli saxlanılan Azadlıq Donanması Koalitonu (FFC) yardım gəmisi yerli vaxtla saat 00.23-də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Əl-Cəzirə televiziyası Azadlıq Donanmasındakı mənbələrə istinadən xəbər verib ki, gəmi İsrailə məxsus pilotsuz uçan aparat tərəfindən hücuma məruz qalıb. Hücuma məruz qalan gəmi hazırda Malta yaxınlığında beynəlxalq sulardadır.
Koalisiyanın yardım gəmisinə hücum gəminin gövdəsinin qırılmasına səbəb olub və onun pruvasında yanğın baş verib.
Koalisiya rəsmiləri CNN-ə bildiriblər ki, gəmidə 30-a yaxın adam olub və hücumdan sonra gəmi su almağa başlayıb.
Fələstinli qruplar, həmçinin, Malta sahillərində hədəf alınan və Qəzza zolağına humanitar yardım çatdırmağa hazırlaşan gəmiyə hücuma görə İsrail rejimini məsul tutub.