İran təhlükəsizlik qüvvələri paytaxt Tehranda İsrail agentlərinə məxsus pilotsuz təyyarə istehsalı sexinə basqın edib.
Az.rasthaber.com xəbər verir ki, polis müəyyən edilən emalatxananın görüntülərində çoxlu sayda dron hissələri və partlayıcı maddələri nümayiş etdirib.
Sexin Tehrandakı yeri dəqiqləşdirilməsə də, görüntülər “Polis sionist təcavüzkar düşmənin dron emalatxanasını aşkarladı” başlığı ilə yayımlanıb.
Sionist İsrail İrana etdiyi hücumların əhəmiyyətli bir hissəsini öz ünsürlərinin ölkə daxilində atdığı kamikadze pilotsuz təyyarələr və mini raketlərdən istifadə edərək həyata keçirib. Bu hücumlar zamanı Tehran, Kərəc və İsfahanda İsrail agentlərinin dron istehsal edən sexlərinə basqın edilib.