İran: ABŞ-ın Yəmənə hücumları müharibə cinayətidir

İran: ABŞ-ın Yəmənə hücumları müharibə cinayətidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ hərbçilərinin son 24 saat ərzində Yəmənin Səna, Səda və Əl-Cəvf əyalətlərində müxtəlif bölgələri təkrar hədəfə almasını kəskin pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Bəqai bu hücumları Yəmənin suverenliyi və ərazi bütövlüyünə açıq hücum, həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Bəqai açıqlamasında bu hücumların hədəf alınan mülki yaşayış məntəqələri və infrastruktur obyektləri səbəbiylə müharibə cinayətləri və insanlığa qarşı cinayətlər çərçivəsində nəzərdən keçirilməli olduğunu vurğulayıb.

Mehr Xəbər Agentliyinin məlumatına görə, İran rəsmisi Birləşmiş Millətlər Təşkilatı və BMT Təhlükəsizlik Şurasının ABŞ-ın açıq-aşkar qanun pozuntuları və günahsız mülki insanların öldürülməsinə qarşı susqunluğunu tənqid edib.

Bəqai həmçinin bildirib ki, Qəzza və İordan çayının qərb sahilində davam edən soyqırımlar, İsrailin Livana hücumları və ABŞ-ın Yəməndəki hərbi əməliyyatları ilə bölgədəki etibarsızlıq daha da dərinləşib.

Xəbəri paylaş

VİDEOLAR