Kərbəlada Şəhid Əhməd Zeyni küçəsinin füsunkar gözəlliyi - FOTOLAR

Kərbəlada Şəhid Əhməd Zeyni küçəsinin füsunkar gözəlliyi

Az.rasthaber.com: Kərbəlanın müqəddəs torpaqlarında, iman və ehtiram dolu yolların arasında bir inci kimi parlayan Şəhid Əhməd Zeyni Küçəsi, İmam Hüseynin (ə) müqəddəs hərəminə aparan yollar arasında özünəməxsus gözəlliyi ilə seçilir.

Bu füsunkar küçə, Kərbəlanın mənəvi atmosferini əks etdirən, zəvvarların qəlbinə hüzur bəxş edən bir məkandır. Yaşıllığa qarışmış bur nurlu bu yol, sanki mənəviyyat dəhlizi kimi ziyarətçiləri müqəddəs məqama aparır.

İmam Hüseyn (ə) Ziyarətgahı tərəfindən abadlaşdırılan bu küçə, həm estetik gözəlliyi, həm də mənəvi dəyəri ilə Kərbəlanın ruhunu yaşadır. Burada atılan hər bir addım, eşqin və sədaqətin rəmzi olan bir səfərin parçasına çevrilir.

Kərbəlanın bu incisini görmək, onun ab-havasını hiss etmək, İmam Hüseynin (ə) nuruna doğru addımlamaq – hər bir zəvvarın könlündə qalan unudulmaz bir xatirədir…

Xəbəri paylaş

VİDEOLAR