Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlərin Koordinasiya Ofisi (OCHA) işğalçı İsrailin Qəzza zolağında davam edən hücumları, blokadası və sərhədlərinin bağlanması səbəbiylə fələstinli körpələrin 92 faizinin əsas qidalardan məhrum olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, OCHA-nın işğal altındakı Fələstin ərazilərindəki nümayəndəsinin verdiyi yazılı açıqlamada, sionist İsrailin sərhəd qapılarını bağlaması səbəbindən yardımların ölkəyə daxil olmaması səbəbindən aprel ayında aclıqdan əziyyət çəkən, xəstələnən və qida çatışmazlığından müalicə alan uşaqların sayının əvvəlki aya nisbətən 80 faiz artdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, 6-24 aylıq körpələrin yüzdə 92-si anaları ilə birlikdə əsas qida ehtiyaclarının minimum səviyyəsinə belə çata bilmir.
Bu vəziyyətin körpələr üçün ömür boyu ciddi sağlamlıq risklərinə səbəb ola biləcəyi xəbərdarlığı edilən açıqlamada, Qəzza zolağındakı fələstinlilərin yüzdə 65-nin təmiz içməli suya çıxışı olmadığı vurğulanıb.