ABŞ-nin "Patriot" sistemi İran raket hücumu qarşısında aciz qaldı

ABŞ-nin

ABŞ rəsmilərinin və mediasının iddialarının əksinə olaraq, bəzi görüntülər və hesabatlar göstərir ki, Amerika Birləşmiş Ştatlarının “Patriot” hava hücumundan müdafiə sistemləri İranın raket hücumunun qarşısını almaqda və bu ölkənin Qətərdə yerləşən əsas hava bazasının zərər görməsinin qarşısını almaqda aciz qaldı.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının Yaxın Şərqdə ABŞ qüvvələrinin əsas mərkəzi hesab olunan Əl-Üdeyd hərbi bazasına endirdiyi raket zərbəsi geniş reaksiyalara səbəb olub. Əvvəlcə Donald Tramp bu bazaya zərər dəymədiyini iddia etsə də, sonradan yayımlanan fotolar İranın ən azı bir raket zərbəsinin uğurlu olduğunu təsdiqləyir.


İndi Pentaqon rəsmi şəkildə etiraf edib ki, 23 iyun tarixində baş vermiş hücum zamanı İranın ballistik raketlərindən biri Qətərdə yerləşən Əl-Üdeyd hava bazasına uğurla dəyib. Bu fakt, ABŞ Müdafiə Nazirliyinin daha əvvəl MIM-104 Patriot sistemləri və Qətər hava qüvvələrinin bu obyektin qorunmasındakı "uğurlu fəaliyyəti" ilə bağlı dedikləri ilə ziddiyyət təşkil edir.

Pentaqonun baş sözçüsü Şan Parnell bildirib: “23 iyun tarixində İranın ballistik raketlərindən biri Əl-Üdeyd hava bazasına dəydi, digər raketlər isə ABŞ və Qətər müdafiə sistemləri tərəfindən vuruldu.”

Xəbəri paylaş

VİDEOLAR